Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Əlimizdə faktlar var, amma bizim şikayətlərimizə baxılmır” – VİDEO

“Əlimizdə faktlar var, amma bizim şikayətlərimizə baxılmır” – VİDEO

9 saylı Binəqədi ikinci və 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş şəxslər Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında etiraz edirlər.
Meydan TV xəbər verir ki, namizədlər fevralın 11-dən etibarən seçkilər zamanı baş vermiş qanun pozuntularını əks etdirən görüntüləri MSK-ya təqdim etsələr də, MSK onların şikayətlərinə baxmaqdan imtina edir.
Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə 9 saylı Binəqədi ikinci seçki dairəsində lider namizəd Kəmaləddin Qafarov, 34 saylı Xətai ikinci seçki dairəsində isə Mixail Zabelindir.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …