Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Əlim cibimdə olduğuna görə məni tərbiyəsiz adlandıranlar da oldu” – DEPUTAT

“Əlim cibimdə olduğuna görə məni tərbiyəsiz adlandıranlar da oldu” – DEPUTAT

“Bədən dilinə önəm vermirəm. AŞPA-nın iclasında əli cibində çıxış etmək düşünülmüş və ya məqsədli deyildi. Bu, vərdişdir. Əksər hallarda əli cibində gəzirəm. Universitetdə mühazirədə də əlim cibimdə olur. Bəlkə də yaxşı vərdiş deyil, kənardan estetik görünmür”.

Bunu REAL Partiyanın funksioneri, deputat Erkin Qədirli İctimai televiziyada “Dadaş Dadaşlinski”yə müsahibəsində bildirib.

“Tənqid bunun üzərində qurulsaydı, anlayaradım. Amma qınayanlar arasında məni tərbiyəsiz adlandıranlar da oldu. Uzun illərdir, əlim cibimdə olur. Məsələnin üzücü tərəfi odur ki, sənin dediklərin kənarda qalır, əlinin cibində olması müzakirə edilir”, – E.Qədirli qeyd edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …