Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əli Kərimli və Cəmil Həsənlinin çay içdiyi çayxananın bağlanması xəbəri yalan çıxdı – FOTOLAR

Əli Kərimli və Cəmil Həsənlinin çay içdiyi çayxananın bağlanması xəbəri yalan çıxdı – FOTOLAR

Dünən sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu həbs olunan jurnalist Xədicə İsmayılovanın məhkəməsində iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən AXCP sədri Əli Kərimlinin və Milli Şuranın sədri Cəmil Həsənlinin çay içdiyi çayxananın bağlanması idi.
Musavat.com xəbər verir ki, AXCP gənclər komitəsinin və partiyanın sədri Əli Kərimlinin sosial şəbəkələrdə paylaşdığı məlumatda bildirilirdi ki, onlar avqustun 31-də X.İsmayılovanın məhkəməsinə gedərkən, məhkəmə binasının yanında olan çayxana da çay içiblər. Hakimiyyət isə sentyabrın 1-də həmin çayxananı bağlayıb.
Əli Kərimli öz facebook səhifəsində qeyd etdmişdi: “Dünən biz də daxil olmaqla, Xədicə xanımın məhkəməsinə gələn insanların oturduğu çayxananı bağlayıblar. İndi gördünüz, Xədicə xanımın məhkəməsinə çox adamın gəlməsindən, bizim xalq içində olmağımızdan necə qorxurlar? Belə bir şəraitdə hansı demokratik seçkidən söhbət gedə bilər?”
Bu məlumatı dəqiqləşdirmək üçün qeyd edilən çayxanada olduq. Məlum oldu ki, çayxana bağlanmayıb, fəaliyyətini davam etdirir.
Dünən yayılan fotolarda çayxananın stollarının yığılmasının səbəbini işçilərdən öyrəndik. İşçilər dünən havanın yağışlı olması səbəbindən açıq havada olan stolları yığışdırdıqlarını və həmin vaxt işləmədiklərini bildirdilər. Fotolar da məhz stolların yığıldığı vaxtda çəkilib.
Musavat.com








Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın