Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əli Kərimli: “Hansısa qüvvələr dövlətlərimiz və xalqlarımız arasında xoş münasibəti pozmaq istəyirlər”

Əli Kərimli: “Hansısa qüvvələr dövlətlərimiz və xalqlarımız arasında xoş münasibəti pozmaq istəyirlər”

“Gürcüstanın Dmanisi rayonunda dünən soydaşlarımıza edilən hücumla başlanmış gərginlik təəssüf ki, bu gün artan xətt ilə davam edir. Biz Gürcüstanı Azərbaycana dost, strateji müttəfiq, həm də demokratik dövlət kimi tanıyırıq. Ancaq hiss olunur ki, hansısa qüvvələr dövlətlərimiz və xalqlarımız arasında bu xoş münasibəti pozmaq istəyirlər”.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib.

AXCP sədri hesab edir ki, Gürcüstan rəhbərliyi və hüquq mühafizə orqanları bu vacib məqamda qətiyyətlə davranıb, azərbaycanlılara qarşı təxribat törədən qrupların qanun qarşısında məsuliyyət daşımasını təmin etməlidir: “Belə gərgin məqamlarda dövlətin öz üzərinə düşən vəzifəni qətiyyətlə və operativ qaydada yerinə yetirib, Gürcüstan vətəndaşı olan azərbaycanlıların həyat və mülkiyyətlərinin toxunulmazlığını təmin etməsi Gürcüstanda yeni etnik münaqişə yaratmaq istəyənlərin arzusunu gözündə qoymaq üçün çox vacibdir. Azərbaycan dövlət rəhbərliyi də belə vacib məqamda Gürcüstan dövlət rəhbərliyilə ciddi və intensiv məsləhətləşmə şəraitində işləməlidir. Unutmamalıyıq ki, Azərbaycan – Gürcüstan dostluğuna xələl gətirmək istəyən kənar qüvvələr və maraqlı qruplar var. Ona görə də dövlətlərimiz və xalqlarımız arasında olduqca vacib dostluq münasibətinin qorunub saxlanması üçün sadə insanlara yaradılan  problemlərə göz yummaq yox, həmin problemləri birgə səylərlə dərhal aradan qaldırmaq lazımdır”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …