Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Əli İnsanovun qardaşının yas mərasiminə getməməsinin SƏBƏBİ

Əli İnsanovun qardaşının yas mərasiminə getməməsinin SƏBƏBİ

Vəkilləri sabiq səhiyyə naziri Əli İnsanovun vəfat edən qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinə müraciət etmişdi. Lakin onun hüquqlarını müdafiə edən vəkil sabiq nazirə icazə verilmədiyini açıqlamışdı.
Əli İnsanovun vəkili Toğrul Babayev Pentensiar Xidmətin “Əli İnsanov qardaşının yas mərasimində iştirak etməkdən özü imtina edib” açıqlamasına münasibət bildirib.
O, Modern.az saytına deyib ki, oktyabrın 27-də səhər saatlarında 13 saylı cəzaçəkmə müəssisəsindən hökumətin Əli İnsanovun evə buraxılmasına imkan vermədiyini bildiriblər:
“Günorta 14 radələrində bizi təcili çağırıb bildirdilər ki, Əli İnsanovun yasda iştirak etməsi üçün 2-3 saatlığa buraxılmasına dair sərəncam verilib.
Əli müəllim 2-3 saatlıq görüşə razı olmadı. Çünki yolun uzunluğu elə 1 saat yarımdan çox çəkəcəkdi. Yas mərasimi “Nəsimi bazarı”nın yanında keçirilirdi. Getmək və qayıtmaq məsafəsini düşünəndə Əli İnsanovun faktiki olaraq yasda iştirakı üçün 10-15 dəqiqə vaxt qalırdı.
Həm də mərhumun 3 mərasimi bu gündür, ona isə dünənə və yalnız 2-3 saatlığına icazə verilirdi” Toğrul Babayev bildirib ki, qanunvericiliyə uyğun olaraq yaxınını itirən məhbus 7 gün müddətinə evə buraxılmalıdır.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın