Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Əli İnsanovun məhkəməsinin təxirə salınmasının səbəbi açıqlandı

Əli İnsanovun məhkəməsinin təxirə salınmasının səbəbi açıqlandı

Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə keçirilməli olan proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Sabiq nazirin hüquqlarını müdafiə edən Toğrul Babayevin modern.az saytına verdiyi məlumata görə, buna səbəb zərərçəkənlərin təsdiq olunan bildirişlərini poçt vasitəsilə almamalarıdır.

Əli İnsanov prosesdə iştirak etməyib.

Sabiq səhiyyə naziri 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qərardan şikayət verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Əli İnsanov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

avropa.info

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın