Ana səhifə / Siyasət / Əli İnsanov Prezident İlham Əliyevi təbrik etdi –”Məşhur “91-lər”i ehtiramla yada salıram”
rptnboz

Əli İnsanov Prezident İlham Əliyevi təbrik etdi –”Məşhur “91-lər”i ehtiramla yada salıram”

Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov YAP-ın yaradılmasının 30 illik yublieyi ilə bağlı Prezident İlham Əliyevi təbrik edib. 

Belə ki, Ə.İnsanov bununla bağlı dğvlət başçısına müraciət edib.“Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm. Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan Xalqının Lideri prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram.Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu Yubiley Bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm”.

“Cənab Prezident !

Sizin, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi 44 günlük Vətən savaşında tarixi zəfəriniz, uzun illərin Qarabağ problemini həll edə bilməyiniz xalqımızı sevindirdi və xalqın unudulmaz Lideri Heydər Əliyevin ruhunu şad etdi.

Cənab Prezident

!Sizi bir daha Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, ölkəmizin firavanlığı və Xalqımızın xoşbəxtliyi uğrunda bütün sahələrdə apardığınız işlərdə uğurlar arzulayıram”-deyə Əli İnsanov yazıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …