Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / ƏLİ İNSANOV MÜXALİFƏT LİDERİ OLA BİLƏCƏKMİ? – “Özünün ambisiyalarını bir kənara qoya bilsə…”

ƏLİ İNSANOV MÜXALİFƏT LİDERİ OLA BİLƏCƏKMİ? – “Özünün ambisiyalarını bir kənara qoya bilsə…”

Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov yeni siyasi təşkilat yaradıb. Noyabrın 24-də təqdim edilən qurum Haqq Ədalət Partiyası (HƏP) adlanır.

Bu hadisədən sonra Əli İnsanovun ana müxalifət olmağa iddialılığı bir daha təsdiqini tapdı. Bəs maraqlıdır, onun bütöv müxalifət formalaşdırmaq istəyi, güclü müxalifət olmaq arzusu digər müxalifət nümayəndələri tərəfindən necə qarşılanacaq?

Bu barədə Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, HƏP-in Təşkilat Komitəsi Yeni Azərbaycan Partiyasından ayrılanlardan ibarətdir. S. Cəlaloğlu buna görə, hesab edir ki, HƏP ideoloji cəhətdən YAP-dan fərqli insanlar olmayacaq:

“Siyasi təşkilatın yaradılması bundan sonra YAP-dan ayrılmalar olacağı təqdirdə, onların digər müxalif qüvvələrin tərkibinə keçməməsi, həmin partiyaya getməsini təmin etmək məqsədi daşıyır. Hər halda tələsməyək. Gözləyək, görək hansı addımlar atılacaq. Mənə elə gəlir ki, o qədər də ciddi uğurlar qazanmayacaqlar”.

Cəlaloğlu qeyd edib ki, ana müxalifət iddiası ilə hər kəs çıxış edə bilər: “Amma iddialar imkanlara uyğun olmalıdır. Belə olmadıqda ləyaqət əmsalı aşağı düşür. Ona görə, kimsə ortaya ciddi bir şey qoymaq istəyirsə, öz imkanlarına uyğun bir şey düşünməlidir. Mən inanmıram ki, Əli İnsanov gəlib, Azərbaycan müxalifətinin lideri ola bilər. Onun nə təcrübəsi, nə yaşı, nə də tutduğu mövqe buna imkan verir. Amma Əli İnsanov özünün ambisiyalarını bir tərəfə qoyub, müxalifətdə müəyyən qüvvələrə dəstək verə bilsə, ola bilsin, müxalifətdə nəsə canlanma yaransın”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …