Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Əli İnsanov dialoqa razılıq verdi

Əli İnsanov dialoqa razılıq verdi

Xəbər verdiyimiz kimi, keçmiş siyasi məhbus Əli İnsanovun qurucusu olduğu Haqq və Ədalət Partiyası dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən Əli İnsanovun partiyasının qeydiyyata alınması gözlənilməz olduğu üçün çoxlu suallara səbəb olub.

Bu arada isə HƏP-in hakimiyyətlə dialoqa getməsi barədə söhbətlər yayılıb.

Əli İnsanov partiyanın Ali Məclis sədri Zəlimxan Məmmədliyə PA-nın şöbə müdiri Ədalət Vəliyevlə danışıq aparması üçün səlahiyyət verib.

Görünür, Əli İnsanov HƏP-i qeydiyyata alan hakimiyyətə bu qərarıyla jest edib. Prosesin nəticəsi ilə bağlı proqnoz vermək çətindir.

Gununsesi.info

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …