Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Əli Həsənov: “Mən Bakıdayam, amma həbs olunmamışam”

Əli Həsənov: “Mən Bakıdayam, amma həbs olunmamışam”

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Həsənov Almaniyadan Azərbaycana qayıdarkən saxlanılması barədə deyilənləri yalan adlandırıb.

“Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.

Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”, – deyə o bildirib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …