Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Əli Həsənov: “Azərbaycan prezidenti kim olacaq? Bu hələlik böyük sualdır”

Əli Həsənov: “Azərbaycan prezidenti kim olacaq? Bu hələlik böyük sualdır”

“Aprelin 11-də Azərbaycan prezident seçkiləri keçiriləcək. Xalqımız kimi prezident seçəcək? Bu hələlik böyük sualdır. Böyük seçim var və insanlarımız bu namizədlər arasında öz prezidentini seçəcək. Xalqımızın öz prezidentini seçmək qabiliyyətinə şübhə etmirəm”.

Virtualaz.org xəbər verir ki, bunu Azərbaycanlıların Avropa Konqresinin altıncı qurultayındakı çıxışında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov deyib.

***14:00

Öz çıxışında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Ermənistanın Azərbaycana qarşı apardığı informasiya və hərbi-siyasi təcavüzdən danışdı. Dövlət məmurunun çıxışında erməni müdaxiləsinin işğal siyasətinin və qabaqlayıcı tədbirlərin zəruriliyi öz əksini tapıb.

Ə.Həsənov Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və azərbaycanlıların Ermənistandan deportasiyası haqqında danışaraq bildirib: “1948-1953-cü illərdə azərbycanlıları Ermənistandan köçürməyə və deportasiya etməyə başladılar. Əlbətti ki, bu zülmkar Stalinin məqsədyönlü siyasəti idi”.

***13:35

Diaspola İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Avropada azərbaycanlıların yeni nəsli formalaşır və onlar Avropa cəmiyyətinə sürətlə inteqrasiya edilməlidirlər:

“Uşaqlarınız böyüyür, yeni nəsil formalaşır və diasporumuzun sıraları genişlənir. Bizim üçün çox vacibdir ki, siz Avropa cəmiyyətinə sürətlə inteqrasiya olunasınız”.

***13:22

Bu gün, fevralın 27-də Amsterdamda Azərbaycanlıların Avropa Konqresinin altıncı qurultayı işinə başlayıb.

Virtualaz.org xəbər verir ki, qurultayda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin başçısı Nazim İbrahimov, diasporanın və Azərbaycan ictimaiyyətinin məşhur üzvləri iştirak edirlər.

Virtualaz.org qurultayın işini onlayn rejimində işıqlandırır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …