Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əli Əliyevdən Həsənquliyevə sərt sözlər: “Kəmaləddin Heydərovla müttəfiqlik eləyən partiyanın sədri deyir ki…” – VİDEO

Əli Əliyevdən Həsənquliyevə sərt sözlər: “Kəmaləddin Heydərovla müttəfiqlik eləyən partiyanın sədri deyir ki…” – VİDEO

Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev “Laf Tv”də millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin ünvanına sərt ifadələr işlədib.

Ə.Əliyev Q.Həsənquliyevi Rusiyanın adamı olmaqda, Azərbaycanı nüvə silahı ilə hədələyib qorxutmaqda, 44 günlük müharibəni əvvəlcədən hazırlanmış teatr kimi qələmə verməkdə ittiham edib. Onun sözlərinə görə, millət vəkilinin dediyindən belə çıxır ki, ölkə başçısı 3 minə yaxın şəhidi əvvəlcədən nəticəsi bilinən hadisələrin qurbanına çevirib:

“Prezident Əliyevin siyasi reputasiyasına bundan böyük zərbə ola bilməz. O adam niyə azadlıqdadı?”

Ə.Əliyev Q.Həsənquliyevin parlamentdə Moskvanın hesabına “əyləşdirildiyini” söyləyib:

“Azərbaycanda nazirin nəzarətində olan bir partiyanın rəhbəri, o nazir ki, Moskvada Şoyqu ilə müttəfiqdi… Kəmaləddin Heydərovdu o partiyanı saxlayan. Bunu Azərbaycanda hamı bilir. Kəmaləddin Heydərovla müttəfiqlik eləyən partiyanın sədri deyir ki, (razılaşma) olmasaydı, atom bombası atacaqdılar. Və bunu İlham Əliyev əvvəldən danışıb Putinlə ki, biz teatr oynayacağıq burda, sən bizə bir az torpaq qaytaracaqsan, sonra biz ərazilərimizə gətirib rus qoşunlarını yerləşdirəcəyik”.

Ə.Əliyev bütün bunlara qətiyyən inanmadığını, Q.Həsənquliyevin rusların təlimatı ilə hərəkət etdiyini, xalqı qorxutmağa, dövlətimizin başçısını gözdən salmağa çalışdığını söyləyib.

Q.Həsənquliyev eyni yutub kanalına müsahibəsində bildirmişdi ki, bir çox məsələlərin əvvəlcədən Rusiya ilə razılaşdırıldığına əmindir. O həmçinin bildirib ki, Azərbaycan və Türkiyə üçtərəfli razılaşmaya getməsydi, Rusiya kiçik başlıqlı nüvə silahından istifadə edəcəkdi.

Hər iki tərəfin açıqlamaları ilə daha geniş formada təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …