Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əhmədzadə Əyiçaydakı əyriliyi görmürmü? – İDDİA

Əhmədzadə Əyiçaydakı əyriliyi görmürmü? – İDDİA

Qəzetimizin ötən saylarında Əyriçay Su Anbarı İstismarı İdarəsinin fəaliyyətində yer almış bəzi ciddi nöqsanlara dair yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc olunmuşdu. Məlum olduğu kimi Əyriçay su anbarı Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Bu obyekt Şəki və Qax rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir. Bu rayonların iqlim şəraitlərinin daha çox yağmurlu olduğundan, habelə ərazilərin əsasən dağlıq relyef üzrə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də yerli suvarma idarələri ilə yanaşı həm də Əyriçay Su Anbarı İstismarı İdarəsinin vəzifələrinə aiddir. Məhz bu baxımdan əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Həmçinin artıq qeyd olunduğu kimi, Şəki və Qax rayonlarının iqtisadiyyatının inkişafı üçün bu idarənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Lakin redaksiyamıza uzun müddətdən bəri daxil olan məlumatlarda Əyricay Su Anbarı İstismar İdarəsinin rəisi Məmməd Qasımovun səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanların müşahidə olunduğu bildirilir. İlk növbədə bizimdovr.az-a daxil olan məlumatlarda qeyd olunur ki, idarədə daha çox yeni texnika və avadanlıqların alınması xüsusunda külli-miqdarda mənimsəmələrə yol verilir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin, Məmməd Qasımov tərəfindən həyata keçirilən müxtəlif maxinasiyaların nəticəsi olaraq, mənimsənilməsi halları davamlı müşahidə olunur. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılır ki, bunun da nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında müxtəlif məbləğlərdə dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Həmçinin aldığımız məlumatlara görə, idarənin əsas funksiyasının icrası da çeşidli qüsur və nöqsanlarla müşahidə olunmaqdadır. Bu xüsusda təqdim olunan açıqlamalarda xüsusi olaraq vurğulanır ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin bəzi əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bütün bu nöqsanlar Şəki və Qax rayonlarının kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərini, yerli fermerləri həyəcan təbili çalmağa, əlaqədar instansiyalara kömək üçün müraciət etməyə vadar etmişdir.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın