Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Əhməd Vəliyev “Muğanbank”ın ona məxsus olmadığını bəyan etdi

Əhməd Vəliyev “Muğanbank”ın ona məxsus olmadığını bəyan etdi

Bəzi KİV-lər “Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayıb.

Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev isə Modern.az-a açıqlamasında bildirib ki, “Muğanbank” onun üçün kənar bankdır.

“Bankın saytında ona kimlərin rəhbərlik etdiyi yazılıb. Orada mənim adım yoxdur. “Odlar Yurdu” Universitetinin bank hesabına gəldikdə, bu, “Muğanbank” və ya başqa bankalarda ola bilər. Bankın mənim Eldar Mahmudovla şərikli müəssisəm olmağı haqqında yazılanlar yalan informasiyadır. Kimlərsə yalan məmulatlar yaymaqla məşğuldurlar. Heç kimin yalan informasiya verməyə mənəvi haqqı yoxdur. Bir az diqqətli və ehtiyatlı olmaq lazımdır”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın