Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı
da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ölkə
ərazisində əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib və bu
sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu
baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə
göstərdikləri köməyin əhəmiyyəti və miqyası da ildən-ilə dövlət
səviyyəsində artırılıb. Elə bunun nəticəsidir ki, 2007-cı ildə
Azərbaycan Prezidenti İlham Əliyev hər ilin iyun ayının 5-nin
meliorasiya işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında
sərəncam imzalayıb. 2014 cü-ildən isə sözügedən sərəncamda dəyişiklik
edərək 5 iyunu meliorasiya və su və su təsərrüfatı işçilərinin peşə
bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb.
2007
ci ildən bu yana meliorasiya və su təsərrüfatı sahəsində çalışanlar hər
il iyunun 5-ni peşə bayramları kimi keçirməyə başlayıblar. Bu bayramda
olkə başçısı hər il bu sahədə fərqlənənlərin bir sıra medal və fəxri
adlarla mükafatlandırması az qala adət halını almışdı. Amma bu il
meliorasiya və su təsərrüfatı işçilərinin peşəı bayramları ürəkaçan
olmayıb. Belə ki, Prezident İlham Əliyev hər olduğu kimi bu il
Meliorasiya və su təsərrüfatı sahəsində çalışanlara heç bir mükafat
vermədi. Bu da artıq Əhməd Əhmədzadənin meliorasiya sahəsində gördüyü
işlərin cənab Prezidentin heç də ürəyincə olmadığından xəbər verir.
Məlum olduğu kimi hər il bu sahənin inkişaf etdirilməsi üçün dövlət
büdcəsindən kifayət qədər vəsait ayrılır. Bundan əlavə sözügedən quruma
hər il Prezidentin ehtiyyat fondundan da milyonlarla vəsait ayrılır.
Lakin ayrılmış bu qədər vəsaitlərin müqabilində meliorasiya sahəsində
görülmüş işlərin heç də ürəkaçan olmadığından xəbər verir. Çünki
yerlərdə bu gün də əhalı suvarma suyunun olmadığından əziyyət çəkir, su
çatışmamazlığı ucbatından bol məhsul əldə edə bilmədiklərindən
insanların böyük əksəriyyəti narazılıq edir.Bunlardan əlavə son
dövrlərdə sözügedən quruma tabeli ayrı ayrı idarələrdə dövlət
vəsaitlərinin mənimsənilməsi hallarına yol verilməsi barədə də
məlumatlar yayılmaqdadır.Odur ki, Prezident İlham Əliyev nəhayət Əhməd
Əhmədzadənin meliorasiya sahəsindəki inkişafla bağlı hesabatlarının
yalanlardan başqa bir şey olmadığını gördü. Bu isə Əhməd Əhmədzadənin
tezliklə tutduğu vəzifə ilə vidalaşacığına işarədən başqa bir şey deyil.
Qeyd
etmək istərdik ki, son dövrlər Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə və oğlunun xarıci olkələrdə
olan, dəyəri milyonlarla ölçülən var dövləti barədə yayılan məlumatlar
da buna səbəb ola bilər. Qeyd edək ki, Əhməd Əhmədzadə sözügedən
cəmiyyətə 1993-cü ildən rəhbərlik edir və bu müddət ərzində kifayət
qədər böyük bir kapital sahibinə çevrilib. \\aktualinfo.org\\
Həmçinin oxuyun
Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA
“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …