Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Əhalinin qazancından, dolanışığından xəbərləri yoxdurmu?” – DEPUTAT

“Əhalinin qazancından, dolanışığından xəbərləri yoxdurmu?” – DEPUTAT

“Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyildir. Bunlar hansı məntiqlə hərəkət edirlər?”.

Belə ki, bunu millət vəkili Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu? Belə çıxır ki gecə yatıb yuxuda nə görürlər sabah onu həyata keçirirlər:

“Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …