Ana səhifə / Siyasət / Əhali dərmanların qiymətindən və keyfiyyətindən razıdırmı? – VİDEOSORĞU

Əhali dərmanların qiymətindən və keyfiyyətindən razıdırmı? – VİDEOSORĞU

Azərbaycanda əczaçılıq sahəsinin problemi təkcə dəman preparatlarının qiymətinin baha olması ilə bitmir. Eyni zamanda keyfiyyət məsələləri ilə bağlı da ciddi çatışmazlıqlar var.
Azərbaycan Prezidentinin son müşavirədə dərman preparatlarının baha olması məsələsinə toxunması və bununla bağlı göstərişlər verməsi də göstərdi ki, bu sahədə nəzarətə ehtiyac var.
Tarif  Şurasının iyulun 30-da verdiyi qərarla 250 adda dərman preparatının qiymətinin tənzimlənməsi nəzərdə tutulsa da, keyfiyyət məsələləri hələlik sual altında qalır. Qərar sentyabrın 15-də tətbiq olunacağı üçün bir müddət də apteklərdə problemli vəziyyətin davam edəcəyi gözlənilir.
Bu durumu nəzərə alaraq, musavat.com-un əməkdaşı əhalinin dərman preparatlarının qiymətinə və keyfiyyətinə münasibətini öyrənməyə çalışıb.
“Dərmanların qiymətindən və keyfiyyətindən razısınızmı” sualı ilə keçirilən sorğuya Bakı sakinlərinin münasibəti birmənalı olmayıb. Ümumilikdə isə sorğu daha çox suala verilən neqativ cavablarla yadda qalıb.
Daha ətraflı aşağıda təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
Məğrur Salmanov 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın