Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Əhəd Məmmədli: “Fürsət düşən kimi rusdillilərin üstünə düşmək lazım deyil…”

Əhəd Məmmədli: “Fürsət düşən kimi rusdillilərin üstünə düşmək lazım deyil…”

“Bu gün Hüseyndir, Quseyndir bilmirəm adlı bloqqerin aksiyasına çıxan gəncliyə “Bu da rusdillilər…” nə bilim nə, yazmağa başlayıblar… Rus bölməsini bitirmişəm məktəb və universitetdə, amma Quseyn adlı bloqqerin mövcudluğu haqda bu gün bilmişəm. Deməyim odur ki, ümumi ora çıxanları qınamaq, fürsət düşən kimi rusdillilərin üstünə düşmək lazım deyil”.

Bunu Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib.

“Bu məntiqlə onda biz də deyək ki, Türkiyədən müğənni gələndə özünü ortaya qoyan bəzi Azərbaycan sektorunun uşaqları da elədir, belədir… Problemi dil və sektorda axtarmaq lazım deyil. Problem dövlət ideologiyasının olmamasındadır ki, bir telefona görə gənclərimiz özünü bu günə qoyur…” – Ə.Məmmədli qeyd edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …