Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Əfvə düşən Tofiq Yaqublunun evindən reportaj

Əfvə düşən Tofiq Yaqublunun evindən reportaj

Xəbər veriliyi kimi, bu gün prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Musavat.com-un əməkdaşları əfv siyahısında adı olan keçmiş siyasi məhbus Tofiq Yaqublunun evində olublar.

T.Yaqublunun qızı Nigar Yaqublu sevinc hisslərini belə izah edib: “İllərdir ki, bu günü gözləyirdik. Nəhayət, atamı azadlıqda görə biləcəyik. Əfv sərəncamı haqqında mətbuatdan xəbər aldım. Saat neçədə buraxılacağı barədə heç nə bilmirik. Sevincimdən evə gələndə yolda yıxıldım. Çox sevincliyik”.
Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu atasının əfvinin onun üçün gözlənilməz olduğunu deyib: “Bu gün avtobusla evə gəlirdim. Dostum zəng elədi dedi ki, əfv sərəncamı verilib. Çox sevindim. Düzü, bu, mənim üçün gözlənilməz oldu”.
Qeyd edək ki, Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin ın köşə yazarı Tofiq Yaqublu 2013-cü ilin fevralında İsmayıllı rayonunda baş vermiş etirazlardan sonra həbs olunub. O, kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub. 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın