Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Əfvə düşən qadın məhbuslar azadlıqda – FOTO

Əfvə düşən qadın məhbuslar azadlıqda – FOTO

Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlər arasında qadınlar da var. Ümumilikdə 18 qadın məhbusun adı sərəncamda qeyd olunub.

Bu münasibətlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində tədbir keçirilir. Tədbirdən sonra əfv edilənlər azadlığa qovuşacaq.

Qardaşxanova Lətafət əfv edildiyi üçün prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: “Bu gün oğlumun ad günüdür. Oğluma qovuşdum. Bir ana üçün bundan böyük sevinc ola bilməz”


Əfvə düşən qadın məhbuslar azadlıqda
Əfvə düşən qadın məhbuslar azadlıqda

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın