Ana səhifə / Siyasət / Əfqanistan bataqlıqdır, düşən batır, itirir, məhv olur – TƏHLİL

Əfqanistan bataqlıqdır, düşən batır, itirir, məhv olur – TƏHLİL

– ABŞ Əfqanıstandan çıxanda oranı “Talibanın” zəbt edəcəyini bilmirdimi?!

– Bilirdi, 18 xüsusi xidmət orqanları, yüzlərlə “beyin mərkəzləri” var, dəqiq bilidilər ki, ABŞ çıxan kimi ölkə “Talibana” keçəcək.

– Bəs bunu bilirdilərsə, nədən çıxdılar?

– Səbəblər çoxdur:

a) “Taliban” bütün Əfqanıstan sərhədləri boyu təhlükə və gərginlik mənbəyi yaradacaq,

b) Orta Asiya Respublikaları hədəfdə olacaq – deməli, Rusiya daha da yüklənəcək, bir neçə min km sərhədi qorumaq üçün hər il milyardlar xərcləməyə məcbur qalacaq,

v) İranda son seçkilərdə daha konservativ qüvvələr hakimiyyətə gəldi, Əfqanıstanda “Taliblər” İrana, bəlkə də, ABŞ-dan daha çox nifrət edirlər, deməli İrana da təsirlər-təzyiqləri güclü olacaq, İran-Əfqanıstan sərhədi daim gərginlikdə qalacaq, hətta döyüşlər də istisna edilmir – deməli, İrana qarşı da “Taliban” silahı işləyəcək,

c) Əfqanistanda çağdışı, orta əsr təfəkkürlü bir hakimiyyət bütün əməllərini “İslam dini” adı altında edəcək, halbu ki, dinimizin fəlsəfəsinə zidd bir rejim qurulur. Amma dünyaya, “görürsüz, İslam dini budur”, mesajı hər gün daha çox veriləcək. 

– ABŞ son 20 ildə özünə Əfqanıstanda dayaqlar yarada bildimi?

– Maraqlı məsələdir. Dəyərlər və düşüncə tərzi səviyyəsində heç nə edə bilmədilər, hələ də qəbilə qaydaları və maddi maraq üzərində qurulan klanlar ölkəsində bunu etmək cəhdi belə mənasız idi. Amma, çox güman, bu gün “Taliban” adlanan hərakatın idarəetmə kadrları arasında, çox güman, ən azı 50-60%-i elə ABŞ-a işləyənlərdir.

– Bəs Çinin rolu nədir?

– Çin bölgədə öz oynunu qurur, orta əsrlərdə Britaniya İmperiyanın koloniyalarında etdi taktikanı edir

– Britaniya çox vaxt liman qururdu, ticarət əlaqələri yaradırdı, amma dini məsələrə qarışmırdı (Fransa, İspaniya, Portuqaliya isə koloniyalarında dini missionerlik, zorla “mədəniləşdirmə” adı altında genosid edirdilər). İndi Çin də Asiyada, Afrikada eyni taktikanı edir – ticarətini qurur. İndi də “Talibanı” tanıyan ilk onlar oldu, ticarətini quracaq, ABŞ maraqlarına qarşı “Talibanı” istifadə etməyə çalışacaq,

– Bəs Rusiya nə edəcək?

– ABŞ çox istəyər ki, Rusiya 1979-da olduğu kimi Əfqanıstana girsin, buna çalışacaq, Kreml birbaşa girməkdən çəkinsə də, istər-istəməz “Taliban” oyununun içinə düşəcək. 

– Azərbaycana bu işin təsiri varmı?

– Birbaşa hələ olmasa da, dolayı ən azı iki təsiri ola bilər: a) Əgər “Taliban” İrana hücum etsə (İnşallah, olmaz) qonşu ölkədə müharibə təhlükəsi, daxili gərginlik olsa, yüzminlərlə İran vətəndaşı Azərbaycana köç etməyə çalışacaq, böyük qaçqın dalğası ola bilər, b) Əfqanıstandan Türkiyəyə böyük köç olacaq, bu isə qardaş ölkədə ciddi qarışıqlıq sala, daxili gərginliyi ciddi artıra bilər ki, bu da həm bölgəmizə, həm də ölkəmizə ciddi mənfi təsirlər yarada bilər.

Əfqanistan bataqlıqdır, düşən batır, itirir, məhv olur. Amma məni narahat edən son 20 ildə Qərbin təsiri ilə işıqlı gələcəyə inanan yüzminlərlə insanın, əsas da, oxumaq, çalışmaq istəyən xanımların taleyidir – indi əsas hədəf onlar olacaq…

Natiq Cəfərli
Ekspert

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …