Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əfqan Muxtarlıya 3 ay həbs cəzası verildi

Əfqan Muxtarlıya 3 ay həbs cəzası verildi

Bu gün Səbail Rayon Məhkəməsində Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Ə.Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ə.Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) və 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə, bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla, malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın