Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Əfqan general “OMON” bazasına daxil oldu, Rövşən Cavadovla görüşdü və…”

“Əfqan general “OMON” bazasına daxil oldu, Rövşən Cavadovla görüşdü və…”

1995-ci ilin qardaş qırğınıyla nəticələnmiş Mart hadisələrindən artıq 25 il keçir. Həmin olaylar hüquqi və siyasi aspektlərdən nə qədər təhlil olunsa da, yenə də bir çox qaranlıq məqamlar qalır… 
1993-1995-ci illərdə hökumətlərarası razılaşma əsasında  Əfqanıstandan gəlmiş generallardan birinin sürücüsü kimi çalışmış Bəhruz Kazımov Moderator.az əməkdaşı ilə söhbətində 1995-ci ilin martında Bakıda olan əfqan döyüşçülərin Xüsusi Təyinatlı Polis Dəstəsinin(XTPD –rus. “OMON” və ya “OPON”) icazəsiz olaraq, sadəcə, “omon”çularla Qarabağ cəbhəsindən tanışlıqlarından istifadə edərək  paytaxtın “8-ci km” adlanan ərazisindəki “OMON” bazasına sığınmaqları ilə bağlı bir məqama toxunub: 
“Mən 1992-ci ildən Azərbaycana  gəlmiş əfqan generallarının sürücüsü kimi çalışırdım.  Yadımdadır ki, birinin adı Gülməmməd idi. Ona “Sahil” metrosu yaxınlığında – Rabitə Nazirliyinin yanında bir qərargah düzəldilmişdi. Özü gecələr “Cənub” mehmanxanasında da qalırdı. Əfqanlara Zaqulbada təlim-məşq məkanı da yaradılmışdı. Qarabağda döyüş əməliyyatları 1994-cü ilin mayından “atəşkəs” razılaşmasıyla dayandırıldıqdan sonra əfqan döyüşçülərin vəziyyəti çətinləşdi. Onların bir hissəsi getsə də, müəyyən hissəsi burada qalmışdı. Müdafiə Nazirliyi onların təminatını, maaşlarını çətinliklə ödəyirdi. 1995-ci ilin martın 13-14-də “OMON” ətrafında hadisələrin qızışması zamanı əfqan döyüşçülər “OMON” döyüşçüləri ilə Qarabağ cəbhəsindəki tanışlıqlarından yararlanaraq “OMON”-un “8-ci kilometr”dəki bazasına daxil olaraq bir növ öz maaşlarının verilməsini tələb etməyə çalışdılar. Lakin bu haqda məlumat alan kimi DİN müavini Rövşən Cavadov hökumət qurumları, eləcə də əfqan general Gülməmmədlə əlaqə yaradaraq əfqan döyüşçülərin bazadan çıxarılması üçün göstəriş verdi.  Yaxşı yadımdadır ki, martın 16-da günorta saatlarında mən  avtomobildə həmin general Gülməmmədi  “OMON” bazasına gətirdim. O, Rövşən Cavadovla görüşdü və onun həmyerliləri ilə qısa söhbətindən sonra  əfqanlar bazadan çıxmağa razılıq verdilər. Bununla da onların belə bir gərgin məqamda Bakıda əlavə problem yaratmasının qarşısı alındı… Az sonra isə əfqanlara olan borclar ödənildi və onlar evlənib burada qalan bəziləri istisna olmaqla respublikamızdan çıxarıldı…” 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …