Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əfəndi İsmiyevin oğlu “Evrascon”u necə yıxdı?

Əfəndi İsmiyevin oğlu “Evrascon”u necə yıxdı?

Onların Türkiyədəki gizlin işlərinin üstü açılsa nələr ola bilər???
Bu günlərdə elektron informasiya vasitələrində rastlaşdığım bir məlumat sözün düzü məni heç də təəccübləndirmədi. Mən belə şeylərə hazıram. Sanki bu günləri gözləyirmiş kimi hazıram. Amma tanışlardan çoxu daşınmaz əmlak üzrə beynəlxalq təşkilatlardan birinin açıqlamalarını oxuyub heyrətlərini gizlədə bilmirlər. Həmin beynəlxalq təşkilatn açıqlamalarına görə 2005-ci ildə Azərbaycanda sərvəti 30 milyon dolları keçmiş 1000 nəfər olubsa 2015-ci ildə bu rəqəm 5600 nəfərə çatıb.
Bu o deməkdir ki, Azərbaycan respublikasının 8 illik dövlət büdcəsi bu 5600 nəfərin əlində cəmləşib. Onlar isə heç Azərbaycan əhalisinin 0,1 faizini təşkil etmir.
Qeyri adi heç nə yoxdu. Gözlənilən bir informasiyadır. Hesab edirik ki, hələ bundan daha betər informasiyalarla qarşılaşacağımız günlər qabaqdadır.
2005-2015-ci illər Azərbaycana neft pullarının sel kimi gəldiyi vaxtlar idi. Onda Allahın bir fağır fəhləsi belə tikintidə qazandığ 800-1000 manat sevindiyindən bilmirdi hara xərcləsin. O ki qala milyonlar ola…
Sözügedən illərdə Azərbaycandakı tikinti bumuna, daha çox infrastruktur layihələrin həyata keçirilməsində öncül rol oynayan şirkətlərdən biri “Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti idi. Bu cəmiyyət Azərbaycanda ən iri layihələrin qalibi olaraq çox yerlərdə görsənirdi. İndi onun arxasnda kimlərin durduğu o qədər də önəmli deyil. Əsas odur ki, şirkət Bakı şəhərində “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən iki iri nəqliyyat qovşağınn tikintisini, Hacqabul-Horadiz yolunda Kür çayı üzərində körpü tikintisini çoxdan başa vurub.
Ələt-Astara magistral yolu üzərində körpünün tikintisini, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, “Cimish Residence” çoxmərtəbəli yaşayış kompleksə. “Taxtakörpü” Su Anbarının və HES Tikintisi, Vəlvələçay-Taxtakörpü kanalının tikintisi, 20 yanvar dairəsində yol ötürücüsü, Xanarx kanalnın tikintisi Astara rayonunda dəniz limanın tikintisi və onlarca bilmədiyimiz daha iri layihələrin həyata keçirilməsinə nail olub.
“Azərkörpü”nün bu müddət ərzində Rusiyada, Qazaxıstanda, Ukraynada, Moldovada gördüyü işləri hələ vurğulamırıq.
Azərbaycanda əsasən Nəqliyyat nazirliyinin və Meliorasiya və Su təsərrüfat Açıq Səhmdar Cəmiyyətin sifarişlərini yerinə yetirən bu qurum demək olar ki, tamamilə korrupsiyalaşmış bir orqana çevrilib. Biz istəsək də, istəməsək də “Azərkörpü” gördüyü bu işlərin məbləğini heç zaman geniş ictimaiyyətə açqlamayıb və açqlamayacaq da.
Amma sözügedən layihələrin reallaşmasında külli miqdarda dövlət vəsaitinin ölkədən çıxarlması heç şübhəsizdir. Bu quruma rəhbərlik edən Əfəndi İsmiyev isə hazırda Azərbaycanda ən böyük kapitala sahib barmaqla sayılacaq insanlardan biridir. Onun oğlanları da hazırda ölkənin hüdudlarından kənarda böyük işlərlə məşğul olurlar. Oğlanlarından biri Rusiyada “Enerqomost qrup” Qapalı Səhmdar Cəmiyyətinə sahib, digəri isə Türkiyədə fəaliyyət göstərən “Effendi internatonal qroup” şirkətinə sahibdirlər.
Həmzət İsmiyev isə hal-hazırda “Evrascon” şirkəti direktorlar şurasının istehsalat üzrə müavini vəsifəsini daşıyır. 2013-cü ildə “Evrascon” adını daşıyan “Azərkörpü” səhmdar cəmiyyətinin hazırkı durumu heç də ürək açan deyil.
Buna səbəb neftin qiymətinin aşağ düşməsi, dollarn bahalaşması kimi amillər deyil. Dünyanı çoxdan bürümüş bu iqtisadi böhran Azərbaycanda öz simptomlarnı hələ təzə-təzə göstərməkdədir. Lakin Əfəndi İsmiyevin rəhbərlik etdiyi qurum 2014-cü ildə fəhlələrin maaşlarını aylarla verə bilmirdi, Narazı fəhlələrin, sürücülərin etirazları gizlindən aşkara çıxana qədər, yəni ötən il Salyan şossesinin fəhlələr tərəfindən bağlanldığna qədər heç kimin xəbəri yox idi. Bəs Azərbaycanda ən böyük layihələrin qalibi olan “Evrascon” maaşlar verməməkdə niyə aciz idi? Axı dövlət sifarişləri vaxtı-vaxtında həyata keçirmək üçün vəsaiti daim vaxtında ayırır?
AzToday.az-ın əldə etdiyi ilginc məlumatlarda “Evrascon”un fiaskoya uğramasına səbəb sən demə efendi_ismiyevbaşqa amillər olub. Bizə verilən məlumatlara da Əfəndi İsmiyevin oğlunun Türkiyəyə külli miqdarda vəsait keçirdiyi vaxt yaxalandığı bildirilir.
Türkiyədə Əfəndi İsmiyevin oğlunun şirkəti fəaliyyət göstərməkdədir. Lakin şirkətin orada nə kimi gizli işlər gördüyünü heç kim bilə bilməz. Onların Suriya ilə bağlı nə kimi işləri var? Üzərinə aydınlıq salmaq istədiyimiz qaranlıq məqamlar da məhz elə bundan ibarətdir.
Nə dərəcədə həqiqətə uyğun olan bir informasiyadr deyə bilmərik. Amma onu deməyə əsas verir ki, bu hadisədən sonra Əfəndi İsmiyev kifayət qədər ciddi məbləğdə pullarından keçməli olub. Odur ki, “Evraskon”da yaranmış maliyyə qıtlığını başqa yerlərə yozmağa zənnimizcə ehtiyac qalmır. Bəs həmin pulları Əfəndi İsmiyevin oğlu hara və nə üçün aparırmış? Əsas məsələ də bundan ibarətdir.
Bu istiqamətdə araşdırmamızı davam etdiririk. Əks tərəfin də mövqeyi bizim üçün maraqlı olardı.
Elməddin Mirzəyev
AzToday.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın