Ana səhifə / Siyasət / Əbülfəs Qarayevdən yeni direktor təyinatları

Əbülfəs Qarayevdən yeni direktor təyinatları

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə yeni direktorlar təyin edib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.

Nazirin əmri ilə Əziz Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsinə təyin edilib. O, son təyinata qədər adıçəkilən həmin İncəsənət Məktəbində çalışıb.

Əbülfəs Qarayevin digər əmri ilə Oqtay Muxtarov Bakı şəhəri 36 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub.

O.Muxtarov bu vəzifəyə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın