Çərşənbə axşamı , May 26 2020
Ana səhifə / Siyasət / Şəlalə Məmmədova həbs xəbərini təkzib edir – MÜNASİBƏT (Yenilənib)

Şəlalə Məmmədova həbs xəbərini təkzib edir – MÜNASİBƏT (Yenilənib)

Azinforum.az medianews.az-a istinadən xəbər verir ki, son günlər Nəqliyyat Naziri Ziya Məmmədov və onun yaxın ətrafı ilə bağlı mediada müxtəlif xəbərlər dolaşır. Onun yaxınlarda öz vəzifəsindən çıxarılacağı media dairələrində müzakirə olunan mövzulardan biridir. Mövzu ilə bağlı redaksiyamıza mötəbər mənbədən daha bir məlumat daxil olub.

Belə ki, Biləcəri Lokomotiv Deposunda ciddi yoxlamalar başlayıb. Məlumata görə, deponun baş mühasibi Şəlalə Məmmədova saxlanılıb. Saxlanılan zaman onun seyfindən onlarla əməkhaqqı kartı çıxıb. Onun hazırda Biləcəridəki evində ev dustağı olduğu və ondan ölkəni tərk etməməsi barədə iltizam alındığı bildirilir.
Xanım Məmmədova deponun keçmiş rəisi Rafiq Məmmədovun bacısı qızıdır. Rafiq Məmmədov isə Ziya Məmmədovun sağ əllərindən biri hesab olunur. Onların hər ikisi Ucar rayonundandır və Rostov Dəmiryolları İnstitutnda bir yerdə təhsil alıblar.
Yazıyla bağlı Azinforum.az-la  əlaqə saxlayan Şəlalə Məmmədova  müxbirimizə bildirib ki, yazılanlar həqiqətə uyğun deyil. O 5 ay bundan əvvəl öz ərizəsi ilə işdən çıxıb. Hazırda öz evindədir. Onların Ziya Məmmədovla yaxınlıqları da doğru deyil. Eyni rayondan olsalar da müxtəlif kənddəndirlər. Şəlalə xanım əvvəllər çalışdığı Biləcəri Lokomotiv Deposunda da hər hansı bir yoxlamanın və cinayət işinin olmasını təkzib etdi.
Azinforum.az

Həmçinin oxuyun

“Bakıda hələ köhnədən qalan avtobuslar var” – Prezident

“Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Şamaxı rayonuna …

Bir cavab yazın