Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun qardaşı oğlunun həbs xəbəri ilə bağlı rəsmi açıqlama

Ziya Məmmədovun qardaşı oğlunun həbs xəbəri ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyinə oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbs edilməsilə bağlı məlumat daxil olmayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Aynar Məmmədova məxsus olan, “Şüşəli bazar”ın yanındakı “Nar” kafesində xüsusi təyinatlıların əməliyyat keçirməsilə bağlı rəsmi məlumat yoxdur.
Həmçinin bildirilib ki, əgər həqiqətən də bu barədə məlumat daxil olarsa, DİN kütləvi informasiya vasitələrinə rəsmi məlumat yayacaq.
Qeyd edək ki, oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, “Şüşəli bazar”ın yanındakı “Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb.
Xəbərdə bildirilir ki, əməliyyatçılar içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb.
Məlumatı azadliq.info-ya verən şəxs bildirib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən biri də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğludur.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın