Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun qardaşı: “Musa Quliyev ağzına gələni danışmasın”

Ziya Məmmədovun qardaşı: “Musa Quliyev ağzına gələni danışmasın”

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.

O bildirib ki, Rəsulzadənin başına çuval keçirildiyi və baxımsız vəziyyətdə olduğu bağ Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur: “O bağ Nəqliyyat Nazirliyinin balansındadır. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin”.

Məsələ ilə bağlı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov həmkarının bu dediklərinə reaksiyası özünü çox gözlətməyib. O, aznews.az-a deyib ki, Musa Quliyev belə fikirlər səsləndirməklə əslində, öz işi ilə məşqul olmadığını göstərir və çox böyük yanlışlıqlara yol verir: “O getsin, dövlətin siyasətinə qulluq etsin, kiminsə arasına girib belə əsassız söhbətləri danışmasın. Musa Quliyevin o sözlərinin heç bir əsası yoxdur. Hüquqi nöqteyi-nəzərdən araşdırsın və görsün ki, həmkarının dediyi bir məsələnin nəqliyyat nazirinə aidiyyəti var, yoxsa yox. Yoxdursa, ağzına gələni danışmasın. O, dövlət adamıdır, Milli Məclisin üzvüdür, belə söz ona yaraşmaz”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın