Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Ziya Məmmədovun qardaşı: “Bununla bağlı Dövlət başçısına…”

Ziya Məmmədovun qardaşı: “Bununla bağlı Dövlət başçısına…”

“Mən Azərbaycan Milli Elmlər Akademiyasında baş verən son hadisələrə təəccüblənmirəm. Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır”.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib.

O bildirib ki, bu proseslər davam edəcək: “AMEA-nı xilas etmək lazımdır ki, Azərbaycan elmi dünya elminə düzgün inteqrasiya edə bilsin. AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı Dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm və bu gün də həmin sözümün üzərindəyəm.

Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”./Unikal

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …