Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Ziya Məmmədovun federasiyası da batır

Ziya Məmmədovun federasiyası da batır

Səlahiyyətlərini itirən nazir voleybolçuları yaddan çıxarıb

Bir neçə gün əvvəl Azərbaycanın kişilərdən ibarət milli voleybol komandasının üzvü Elmin Alışanov aznews.az-a müsahibəsində voleybolçulara diqqətsizlikdən şikayətlənib.

“Bizə söz verib, hər dəfə yaxşı olacaq deyirdilər. Biz də bu problemləri böyüdüb, onları pis vəziyyətdə qoymaq istəmirdik. Amma artıq səbrimiz qalmayıb. Bıçaq sümüyə dirənib. Itirəcək bir şeyimiz yoxdur. Ya komanda dağılacaq, ya da hər şey düzələcək”, – deyə Elmin Alışanov bildirib.

O, həmçinin iddia edib ki, onlara ayrılan vəsaitlər mənimsənilib: “Bəli, mənimsənilir. Əmək haqqı ayrılırdı, lakin az miqdarda. O pulla da idmançı özünə lazım olanların heç yarısını təmin edə bilməz. Ailəmizə güclə baxa bilirik”.

Məlumat üçün deyək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti nəqliyyat naziri Ziya Məmmədovdur. Ziya Məmmədov artıq bir müddətdir ki, portfelsiz nazir statusundadır. Onun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb, biznesinə əl qoyulub. Görünür, bu baxımdan da artıq federasiya Ziya Məmmədovun yadından çıxıb. Yəni, özü batan nazir federasiyanı da batmasına səbəb olub.

Rusiyanın neft gəlirləri 31,5% azalıb

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 2016-cı ilin ilk yarısında keçən ilin analoji dövrü ilə müqayisədə 31,5% azalaraq 32,929 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə Rusiya Federal Gömrük Xidmətininÿ açıqladığı ÿhesabatda bildirilib.

Sənəddəÿ qeyd olunub ki, ötən ilin ilk 6 ayı ərzində Rusiyanın neft ixracından gəlirləri 48,101 mlrd. ABŞ dolları təşkil edib: “Bu ilin ilk yarısında ixrac neftinin həcmi isə 5,2% artaraq 127,8 mln. ton təşkil edib”.

Xatırladaq ki, ötən ilin analoji dövründə bu göstərici 120,5 mln. ton olub. Neft məhsullarının ixracından əldə edilən gəlirlər isə ötən ilin analoji dövrü ilə müqayisədə 46% azalaraq 21 mlrd. ABŞ dolları təşkil edib. Rusiya neftinin əsas ixrac olunduğu bölgə 30,449 mln. ton ilə Uzaq Şərq ölkələri olub. MDB ölkələrinə ixrac isə 2,5 mlrd. dollar təşkil edib.

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …

Bir cavab yazın