Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun 6 maşını müsadirə edildi – Villasının həyətindən evakuatorla apardılar

Ziya Məmmədovun 6 maşını müsadirə edildi – Villasının həyətindən evakuatorla apardılar

Keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus 6 ədəd bahalı avtomobil onun əlindən alınıb.

Bu barədə jurnalist Fuad Hüseynov məlumat yayıb.

O, qeyd edib ki, maşınlar 2 gün öncə müsadirə edilib. Belə ki, avtomobillər eks-nazirin Ucarın Qazqumlaq kəndində yerləşən villasının həyətindən Bakı şəhərinə aparılıb. Müsadirə evakuatorlarla, məhkəmə icraçıları tərəfindən həyata keçirilib.

Qeyd edilir ki, həmin avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulubmuş(Qafqazinfo.az).

Xatırladaq ki, bir neçə gün öncə Z.Məmmədovun təyyarəsinin də ondan alındığı haqda məlumat yayılmışdı, qardaşı Elton Məmmədov isə informasiyanı təkzib etmişdi.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın