Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / “Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var?” – Sabiq deputat

“Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var?” – Sabiq deputat

AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov sabiq nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun akademik Ramiz Mehdiyevlə birgə karantini Göyçayda keçirməsi barədə yayılan xəbərlərdən danışıb.

Elton Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar doğru deyil:

“Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır”.

Sabiq deputat deyib ki, Ramiz Mehdiyev rayonda deyil, şəhərdə evində istirahət edir:

“Dünyanın bu cür gərgin vaxtında kiminsə şəxsi həyatı ilə maraqlanmaq və bunu mətbuata çıxarmaq ayıbdır…”.

Xatırladaq ki, “azpolitika.info” saytında AMEA prezidenti Ramiz Mehdiyevin karantini Göyçayda sabiq nəqliyyat naziri Ziya Məmmədovla birgə keçirməsi barədə məlumat yayıb.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …