Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov zarafatlaşdı – “Yazırdınız ki, qaçıb?!”+Video

Ziya Məmmədov zarafatlaşdı – “Yazırdınız ki, qaçıb?!”+Video

Xəbər verdiyimiz kimi, Ziya Məmmədov Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

“ Azinforum.az ” atv.az-a istinadən xəbər verir ki, nəqliyyat naziri jurnalistlərin qarşısından keçərkən zarafatından qalmayıb. O, qələm əhlinə yaxınlaşaraq “Yazırdınız ki, qaçıb?!”-, deyə zarafatlaşıb.

Bölgələrdə vətəndaş qəbulları zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov da maraqlı açıqlamaları ilə diqqət çəkib.

Xatırladaq ki, nəqliyyat nazirinin Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və digər dövlət əhəmiyyətli tədbirlərdə iştirak etməməsi onun işdən azad olunacağı ilə bağlı məlumatları gündəmə gətirmişdi.

Bu xəbərlərlə bağlı mətbuata açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə Ziya Məmmədovun məzuniyyətdə olduğunu və məhz oktyabrın 23-də işə çıxacağını bildirmişdi.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın