Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Ziya Məmmədov reydlərə başladı, işçiləri töhmət aldı

Ziya Məmmədov reydlərə başladı, işçiləri töhmət aldı

Bir neçə gündür paytaxt küçələrində Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən reydlər keçirilir.

Virtualaz.org saytı xəbər verir ki, reydlərdə məqsəd çirkli və “axsaq” sərnişin avtobuslarını aşkarlamaq, onları marşrut xətlərindən çıxarmaqdır. Standartlara cavab verməyən belə avtobuslar birbaşa Nəqliyyat Nazirliyinin cərimə meydançalarına aparılır.

Bu cür reydlər bu gün sonuncu dayanacağı “28 may” metrosunun yaxınlığında olan 1, 175 və 46 saylı marşrutlarda da davam etdirilib. Çirkli və qəzalı vəziyyətdə olan avtobuslar cərimə meydançalarına aparılıb.

Reydi izləyən müxbirimiz xəbər verir ki, cərimə meydançalarına aparılan avtobusların sürücüləri ilə Nəqliyyat Nazirliyinin əməkdaşları arasında sərt dialoq və mübahisələr də oldu. Sürücülər avtobusların cərimə meydançasına aparılmasının qarşısını almaq üçün bu haqda marşrut xətlərinin sahiblərinə məlumat verdilər. Lakin bu danışıqların da nəticəsi olmadı.

Sürücülər cəriməni yerindəcə ödəməyi də təklif etdi, 55 manatlıq cəriməni ödəməyə hazır olduqlarını söylədilər. Lakin nazirlik əməkdaşları bununla da razılaşmadı və avtobuslar cərimə meydançalarına aparıldı.

Nazirlik əməkdaşları bu gün nazir Ziya Məmmədovun sədrliyi ilə iclas keçirildiyini və nazirliyin xeyli işçisinin bu cür hallara görə şiddətli töhmət aldığını söylədilər. Onlar bu səbəbdən heç bir sürücüyə güzəşt edə bilməyəcəklərini dedilər.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …

Bir cavab yazın