Ana səhifə / Siyasət / “Ziya Məmmədov oğluma vəzifəni mənə görə verməyib” – Millət vəkili

“Ziya Məmmədov oğluma vəzifəni mənə görə verməyib” – Millət vəkili

“İstər mənim oğlum olsun, istərsə də başqasının, gənclərimizin vəzifəyə gətirilməsinə çox sevinirəm”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. O, oğlu Cəmil Rüstəmxanlının nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə “Azəryolservis” ASC sədrinin müavini – İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin edilməsinə münasibət bildirib.

Qeyd edib ki, oğlunun vəzifəyə gətirilməsinin qohumluq əlaqəsi ilə heç bir bağlılığı yoxdur: “Ağıllı və istedadlı gənclərimizin istehsalatda və həyatımızın müxtəlif sahələrində çalışmaları məni çox sevindirir. Gənclərimizə qayğı göstərən şəxslərə də minnətdaram. Oğlumun vəzifəyə gətirilməsinə qohumluq əlaqələrinin heç bir dəxli yoxdur. Ona qohum olduğumuz üçün vəzifə verilməyib. Ən yaxın qohum belə qabiliyyəti olmayan bir adamı irəli çəkib vəzifəyə gətirə bilər. Amma həmin şəxs bilməz ki vəzifə, bilik, savad, bacarıq tələb edir. Kiminsə vəzifəyə gətirilməsi aşağı səviyyələrdə həll olunmur. Həmin işlər yuxarı səviyyələrdə həll olunur”.

Daha sonra S. Rüstəmxanlı nazir Ziya Məmmədovla münasibətlərindən danışıb.

“Ziya Məmmədovla bəlkə də ildə bir dəfə görüşürəm. Tez-tez görüşmürük. Onunla bayramdan-bayrama və ümumi yığıncaqlarda görüşürük. Ziya müəllimlə xüsusi görüşlərimiz olmur”.

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə millət vəkili Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı “Azəryolservis” ASC sədrinin müavini təyin edilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın