Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov işə çıxdı

Ziya Məmmədov işə çıxdı

Nəqliyyat naziri Ziya Məmmədov məzuniyyətdən sonra artıq işə çıxıb və hazırda kabinetində iş başındadır.

Qaynar.info xəbər verir ki, Bu barədə redaksiyaya nazirlikdəki mənbədən məlumat daxil olub. Məlumata görə, nazirin iş qarafiki də artıq bəllidir və o, önümüzdəki həftədən başlayaraq bölgələrdə vətəndaşları qəbul edərək onların problemləri ilə maraqlanacaq.

Nazirin rəsmi məzuniyyəti ayın 23-də tamamlansa da, görünən odur ki, işə vaxtından əvvəl çıxıb. Nazirin bu gün Nəqliyyat Nazirliyində səhər saat 10:00 radlərində başlayan və təxminən 3 saat davam edən toplantıya rəhbərlik etdiyi bildirilir.

İclasda nazirliyin iş planı və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, mətbuatda nazirin xaricdən hələ də qayıtmadığı haqda xəbərlər yayılmışdı.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın