Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov bu qaydanı ləğv etdi…

Ziya Məmmədov bu qaydanı ləğv etdi…

Azərbaycan Nəqliyyat Nazirliyi “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” 2013-cü il 5 aprel tarixli qərarını ləğv edib.
Bununla bağlı qərarı Nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.
Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixldə imzaladığı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərmanının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
Ləğv olunan qərar dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyirdi.(Report)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın