Ana səhifə / Siyasət / Ziya Məmmədov Bosfor boğazı altında iri tunelin açılışında – (FOTO – VİDEO)

Ziya Məmmədov Bosfor boğazı altında iri tunelin açılışında – (FOTO – VİDEO)

İstanbulda “Avrasiya” iri tunelinin açılış tədbiri keçirilir.
Oxu.Az trend-ə istinadən xəbər verir ki, təntənəli tədbirdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və onun gürcü həmkarı Georgi Kvirikaşvili, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Türkiyəni və digər dövlətləri təmsil edən rəsmi şəxslər iştirak edirlər.
Layihənin dəyəri 1,3 milyard dollar həcmində qiymətləndirilir. Tunelin ümumi uzunluğu 5,4 kilometr, sualtı hissəsinin uzunluğu 3,34 kilometrdir. “Avrasiya”nın ən dərin nöqtəsi dəniz səviyyəsindən 106,4 metr aşağıdadır.
“Avrasiya” tunelinin İstanbulun nəqliyyat qovşaqlarının yükünü azaldacağı ehtimal edilir. Belə ki, Kazlıçeşmedən Göztəpəyə artıq cəmi 15 dəqiqəyə çatmaq mümkün olacaq, hazırda isə bu yola ümumilikdə 1 saat yarım vaxt sərf edilirdi. Tuneldə avtomobillərin hərəkəti üçün ikimərtəbə nəzərdə tutulub. Qurğuya Bosforun hər iki sahilindən yollar və qovşaqlar birləşdirilib.
“Avrasiya”dan keçəcək avtomobillərin maksimal hündürlüyü 2,8 metrdir. Yük maşınları və motosikletlərin, eləcə də piyadaların bu tuneldən keçidi qadağandır.
Nəqliyyat vasitələrinin maksimal sürəti 70 km/saat həddindədir. Minik avtomobillərinin keçidi üçün ödəniş 4 dollar, üstəgəl vergi, mikroavtobuslar üçün 6 dollar və vergidən ibarətdir.
Gün ərzində tuneldən 120 min avtomobilin keçəcəyi planlaşdırılır.
Türkiyənin Baş Yol və Avtomagistral İdarəsinin məlumatına görə, ölkə ərazisində 187 tunel tikilib, onlardan 113-nün uzunluğu 500 metrdən çoxdur.
28 tunelin uzunluğu 1 km, 14 tunelin uzunluğu 2 km, üç tunelin uzunluğu isə 3 km-dir. Türkiyədə ən uzun tunelin ümumi uzunluğu 3 km-dən artıqdır, qalan tunellərin uzunluğu 500 metrdən azdır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın