Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Zeynəb Xanlarova parlamentdə müharibə çağırışı etdi

Zeynəb Xanlarova parlamentdə müharibə çağırışı etdi

“Neçə illərdir ki, biz bu Məclisdə hamımız Qarabağ, Xocalı soyqırımı haqqında çıxış edirik. Ancaq özümüz deyib, özümüz eşidirik. O ildən bu tərəfə heç nə dəyişməyib. Birdəfəlik müharibə edək, onlar da qırılsın, bizimkilər də onsuz da qırılır. Bu danışıqlar mənə çatmır. Onsuz da qulaq asan, bu işlərə baxan yoxdur”.

Bu fikirlər deputat, xalq artisti Zeynəb Xanlarovaya məxsusdur. Böyük sənətkar deyib ki, müharibə tərəfdarıdır: “Gəlin birdəfəlik müharibə edək, torpağımızı alaq! Torpağımızı almaq üçün kimdənsə icazə almamalıyıq.25 ildə gör nə qədər cavanlarımız qırılıb. Ya ölünm, ya qalım! Mən niyə ATƏT-ə qulaq asıram? Mənim evimə giriblər, mən onların evinə girməmişəm, torpağını almamışam”. Z.Xanlarova Sülh Platformasına imza atmasına da işarə vurub: “Mən ömrü boyu sülh tərədfdarı olmuşam. Amma mən 25-30 ildir bu vəziyyətin dəyişməməsindən çox narahatam. Dəyirmən öz işindədir. Birdəfəlik dəyirmanı vuraq bunların başına, torpağımızı alaq! Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Nə qədər gözüyaşlı analar qalar, nə qədər balalar qırılar? Elə bilin ki, onlar mənim balalarımdır. Az qırıblar Xocalıda olan uşaqları? Nə vaxta qədər dözməliyik? Kimi gözləyirik? Onsuz da onlar müsəlmanın düşmənidir.Kim nə deycək mənə? Bunu niyə onlaerasn xahiş edirəm ki, icazə verin, torpağımızı qaytaraq? Xocalı artıq gedib, onu geri qaytarmaq lazımdır. Mənim ürəyimdən gələn budur. Əgər mənim evimə basqın ediblərsə, mən evimi xilas etməliyəm. 25 ildir gözləyirik, bəlkə 50 il də gözləyək? Allah vurub onları, vuruşmaq, almaq lazımdır. Qurtardı!”

musavat.com

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın