Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Zeynəb Xanlarova Gültəkin Hacıbəyli ilə görüşdə nələrdən danışdı?

Zeynəb Xanlarova Gültəkin Hacıbəyli ilə görüşdə nələrdən danışdı?

Xalq artisti Zeynəb Xanlarova keçmiş həmkarı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə görüşməsi ilə bağlı məlumat yayılıb. 
Xalq artisti Zeynəb Xanlarovanın keçmiş millət vəkili, hazırda hakimiyyətə qarşı ən radikal mövqedə çıxış edən Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə görüşü baş tutub.
Görüş zamanı xalq artisti keçmiş həmkarına böyük hörmət bəslədiyini və onun siyasi görüşlərinə sayğı duyduğunu dilə gətirib.
Bundan başqa xanım siyasətçilər ölkədə baş verən siyasi proseslərlə də bağlı fikir mübadisəli aparıblar. Xalq artisti keçmiş həmkarının son illər ölkədə baş verən ictimai-siyasi proseslərdə göstərdiyi mövqeyində haqlı məqamların olduğunu bildirib. O özünün də yaxın zamanlarda konkret siyasi mövqeyini bildirəcəyini qeyd edib.
Mənbənin sözlərinə görə, Gültəkin Hacıbəyli xalq artistinin son aylar açıqlamalarındakı siyasi ultimatiumları təmsil elədiyi Milli Şura rəhbərliyinin və üzvlərinin yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, xalq artistinin bu çıxışları zaman-zaman Milli Şuranın mitinqlərində də səsləndirilir.
Qeyd edək ki, Gültəkin Hacıbəylinin parlamentdə təmsil olunduğu zamanlarda da xalq artisti ilə isti münasibətlərinin olub. Onu da əlavə edək ki, Zeynəb Xanlarovanın bundan öncə istər parlamentdə, istərsə də mətbuatdakı aqressiv çıxışları ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. (azxeber.com)

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …