Ana səhifə / Siyasət / Zavoddakı partlayışda yaralanan qadınlardan 4 nəfərinin vəziyyəti ağırdır

Zavoddakı partlayışda yaralanan qadınlardan 4 nəfərinin vəziyyəti ağırdır

Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan 4-nün vəziyyətin ağırdır. Qadınlar Bakıya gətirilərək 5 saylı şəhər klinikasından yanıq şöbəsinə yerləşdiriliblər. Şöbənin müdiri Şöhrət Məmmədov “Yeni Müsavat”a deyib ki, hazırda şöbədə olan qadınlar bunlardır: 44  yaşlı Xatirə Səttarova, 49 yaşlı Gülnarə Muradova, 42 yaşlı Zülfiyyə Mehdiyevavə 49 yaşlı Mehparə Əbilova.
Şöbə müdiri xəstələrin şokda olduğunu da açıqlayıb: “Deyirlər ki, elektrik qısaqapanması olub, hər 4 xəstə ağır dərəcəli yanıq xəsarətləri alıb, xəstələr şokdadırlar”.
Şöbə müdiri xəstələrin barıtdan yanması ilə bağlı iddialara da münasibət bildirdi: “Dəqiq bimirik, amma bizə elə deyirlər. Dəqiqini işi aparanlar bilər. Termiki yanıq xəsarətləridir. Özləri də deyirlər ki, tokdan nəsə alışıb və hadisə olub”.
Ş.Məmmədov xəstələrdən birinin ölməsi haqda əvvəl yayılan məlumatların doğru olmadığını da açıqlayıb. Həkim deyib ki, xəstələrin vəziyyətləri ağır-stabildir.
Yada salaq ki, hərbi təyinatlı zavodda baş vermiş partlayış zamanı Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Raziyə Cəfərxan qızı Süleymanova aldığı ağır dərəcəli yanıq xəsarətlərindən hadisə yerində keçinib, 19 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın