Çərşənbə , İyul 17 2019
Ana səhifə / Siyasət / “Zara” mağazası müştərinin haqqını pozub

“Zara” mağazası müştərinin haqqını pozub

Bakıda məşhur “Zara” mağazası alıcının hüquqlarını pozub.

TİA.AZ xəbər verir ki, bu barədə jurnalist Lalə Musaqızı “Facebook” səhifəsində məlumat verib. O, bildirib ki, övladına mağazadan geyim alıb. Lakin geyimin rəngi uyğun olmadığı üçün 4 gün sonra həyat yoldaşı mağazaya qaytarmaq istəyib. Amma mağazadan deyilib ki, qaytarmaq mümkün deyil, bir həftə ərzində yalnız dəyişmək olar.
Jurnalist İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “qaynar xətt”inə müraciət edib. Qurumda şikayət dinlənilib və ərizə tərtib edilib.
Bildirilib ki, şikayətə baxılacaq. Həmçinin qeyd olunub ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən vətəndaşın 2 həftə ərzində aldığı malı qaytarmaq hüququ var.

Həmçinin oxuyun

Gürcüstan parlamentində sərhəd problemi ilə bağlı qapalı müzakirələrin keçirilməsi təklif olunub

Gürcüstanda yeni yaradılan Ədalət Naminə Partiyası Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan danışıqlarla bağlı parlamentdə xüsusi …

Bir cavab yazın