Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Zaqatalada ikibaşlı ilan aşkarlanıb

Zaqatalada ikibaşlı ilan aşkarlanıb

Zaqatalada quyruğunda da başı olan ilan tapılıb. “ARB TV” xəbər verir ki, uzunluğu 35 santimetr olan bu qeyri-adi ilan görənləri heyrətə salır.

Aydın Paşayev (sakin): “Bağı sulayarkən, gördüm ki, ilan balasıdır, ikibaşlıdır. Bilmirəm, haradan düşmədir”.

İlanın hər iki başı eyni dərəcədə aktivdir və hər tərəfdəki gözləri görmə qabiliyyətinə sahibdir. Təcrübəsi olanlar deyir ki, daha öncələr də ikibaşlı ilana rast gəlinib, ancaq quyruğunda başı olan ilan ilk dəfədir ki, görülür.

Zooloqların bildirdiyinə görə, Amfisbena adlanan bu ilan dünyada nadir rast gəlinən sürünəndir. Lakin hələ qədim tarixçilərin əsərlərində belə amfisbena haqqında müəyyən yazılar qeyd olunub. Hətta zirəklik rəmzi hesab edilən bu canlının təsviri bir çox qədim simvollarda da öz əksini tapıb. Azərbaycanda geniş yayılmasa da nadir hallarda bəzi ərazilərimizdə rast gəlinib. Lakin tarixi rəvayətlərdəki mistik obrazı ilə hər zaman insanların marağına səbəb olub.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın