Bazar , Yanvar 29 2023
Ana səhifə / Siyasət / Zakir Qaralovun əlini kəsmək lazımdır! – Keçmiş prokuror – VİDEO

Zakir Qaralovun əlini kəsmək lazımdır! – Keçmiş prokuror – VİDEO

“Həmin cinayətlə bağlı Baş Prokurorluq, Daxili İşlər nazirliyi, MTN və Müdafiə nazirliyinin birgə məlumatını oxuyanda dəhşətə gəldim. Belə bir bəyanata necə imza atmaq olar?”

Bu sözləri sabiq Baş Prokuror Əli Ömərov Laf TV-nin efirində “Tərtər işi” ilə bağlı danışarkən deyib.
Ə. Ömərov hesab edir ki, bəyanata imza atanlar içərisində ən ağır məsuliyyətə cəlb olunmalı şəxs keçmiş prokuror Zakir Qaralovdur:

“Onlarla bağlı mən Vikipediada məlumatlar oxumuşam. Zakir Qaralov 1979-cu ildə hüquq fakültəsini bitirib. Həmin ildən də Prokurorluq orqanlarına qəbul olunub.
Maraqlıdır ki, Z. Qaralov Prokurorluq orqanlarında işləyən zaman, həm də MTN də nəzarət idarəsinin prokuroru olub. Yəni o, casusluğun, dövlətin sərhədlərinin pozulmasının, vətənə xəyanətin nə olduğunu digərilərinə nisbətən daha yaxşı bilir və bilirdi.
Maraqlıdır ki, həmin ssenarini kim yaradıb?
Bu işlə bağlı İstintaq qrupunun gücü yetərli deyil, əlavə qüvvələr cəlb olunmalıdır.
Bu cəzalar, işgəncələr həmin qanunsuz məlumatın nəticəsidir. Məlumata imza atanlar çalışıb ki, orada göstərilən vətənə xəyanət, casusluq, erməniyə məlumat ötürmək məsələsini sübut etsinlər.

Axırda özləri hiss edib ki, müəyyən etmək mümkün deyil, başlayıblar başqa yollara əl atmağa, Azərbaycan əsgərini ermənilərə satıblar.

Əgər lap belə fakt varsa, burada vətənə xəyanət yoxdur, cinsi zorlama faktı ola bilər. Bunu yazan müstəntiqin əllərini kəsmək lazımdır. Necə sən rəşadətli Azərbaycan xalqına belə böhtan yazmağı özünə rəva bilirsən?!
Belə biabırçılıq olmaz. Bunların hamısına cavabdeh ölkənin baş prokurorudur”.

Həmçinin oxuyun

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” – Deputat

“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.Bu sözləri özünün …