Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Zakir Həsənovdan sərt təpki: “Korrupsiyaya qoşulan zabitlər cavab verəcək”

Zakir Həsənovdan sərt təpki: “Korrupsiyaya qoşulan zabitlər cavab verəcək”

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Bu barədə AzVision.az– a E. Behbudov məlumat verib.

O, görüşdə bir sıra ciddi məqamlara toxunduqlarını ifadə etdi: “Müavinimlə birlikdə hazırladığımız bütün sualları Zakir müəllim cavablandırdı. Biz qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbçilərimizlə bağlı apardığımız monitorinqlərdən söhbət açdıq. Əvvəlki illərlə müqayisədə belə halların sayı çox azalıb.

Nazirə ordudakı həbslər və korrupsiya məsələləri ilə bağlı suallar da verdik. Zakir müəllim isə bildirdi ki, rütbəsindən, vəzifəsindən asılı olmayaraq korrupsiyaya qoşulmuş bütün zabitlər qanun qarşısında cavab verəcəklər. Onların orduda yeri yoxdur. Bu bizim dövlət başçımızın qarşımıza qoyuduğu ən önəmli vəzifədir”.

Döyüş bölgəsində olan vəziyyətlə bağlı suala cavabında Zakir müəllim bildirdi ki, cəbhə xəttində tam üstünlük bizim əlimizdədir:

“Əsgərlərdə böyük ruh yüksəkliyi var. Erməni qorxu və təlaş içərisindədir. Nazir bildirdi ki, biz ermənilərin işğal etdikləri torpaqlarımızı çox qısa müddət ərzində azad edəcəyik. Zakir müəllimin özünün ruh yüksəkliyi çox əladır. O, əsgərlər üçün yeni kazarmaların tikildiyini də sözlərinə əlavə elədi”.

 

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın