Cümə , Yanvar 21 2022
Ana səhifə / Siyasət / Zakir Həsənov: “Terrorla mübarizədə daim Türkiyənin yanındayıq”

Zakir Həsənov: “Terrorla mübarizədə daim Türkiyənin yanındayıq”

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Başsağlığıda deyilir: “Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Həmçinin oxuyun

“Bakıdan yazılı cavab gözləyirik“ – Armen Qriqoryan

“Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib, lakin hələlik cavab almayıb”. Yenisabah.az …