Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Zakir Həsənov Belarusda təltif edildi – FOTO

Zakir Həsənov Belarusda təltif edildi – FOTO

Minskdə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycanın Müdafiə naziri “Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.

Həmçinin oxuyun

Bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək (ŞƏRH)

“Amerika bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın Azərbaycan ərazisində …