Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Siyasət / Zakir Həsənov Akarla bir arada: “Türkiyə hər zaman Azərbaycanın yanında olub”

Zakir Həsənov Akarla bir arada: “Türkiyə hər zaman Azərbaycanın yanında olub”

“Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub edərək torpaqlarının işğalına son qoydu. Bu müharibədə Türkiyə hər zaman yanımızda oldu”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

“Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır”. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”.

Z.Həsənov qeyd edib ki, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirib: “Azərbaycan və Türkiyə hərbçiləri Azadlıq meydanında Zəfər paradında iştirak etdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəklərini nümayiş etdirdilər. Qış təliminin də uğurlu keçməsini arzulayıram və hamınızı təbrik edirəm. Əminəm ki, qardaşlığımız, əlaqələrimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”/APA

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Hərbi bazaya ehtiyac yoxdur, Türkiyə çox yaxındır”

“Ölkəmizdə xarici hərbi bazanın yerləşdirilməsinə ehtiyac yoxdur”. Bu sözləri politoloq Zərdüşt Əlizadə “Reytinq”ə müsahibəsində bildirib. …