Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Zakir Fərəcov zirzəmilərdəki ticarət obyektlərinə nəzarəti artırır

Zakir Fərəcov zirzəmilərdəki ticarət obyektlərinə nəzarəti artırır

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdəki binaların zirzəmilərinə nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verib. Bu barədəModerator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb binaların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək, hər hansı arzuedilməz olayın qarşısını almaqdır.

Mənbənin məlumatına görə, bu məqsədlə ilk növbədə şəhərin mərkəzindəki binaların zirzəmilərində yerləşən mağazalara, satış mərkəzlərinə baxış keçirilməsi nəzərdə tutulur. İstifadə qaydalarını pozan, binanın ilkin konstruksiyasında dəyişiklik edən, alışma və partlama ehtimalı olan məhsulların satışının təşkil edildiyi zirzəmilərdəki mağaza və dükanların təsbit edilməsi nəzərdə tutulub. Ciddi pozuntuların aşkarlandığı mağazaların sahiblərinə problemin həlli üçün vaxt veriləcəyi, buna əməl etməyən sahibkarların obyektinin bağlanacağı bildirilir. Təftiş prosesinin mərhələli şəkildə şəhərin bütün zirzəmilərində keçirilməsi nəzərdə tutulub.

Bilgili qaynağın sözlərinə görə, məlum nəzarət sistemi binalarda bədbəxt hadisələrin baş vermə riskini aşağı salacaq, insanların güvən və sağlamlığınının təmini baxımından mühüm rol oynayacaq.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …

Bir cavab yazın