Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / Zahid Orucun yeni vəzifəyə təyinatından iki ay keçdi

Zahid Orucun yeni vəzifəyə təyinatından iki ay keçdi

Deputat yeni yaranan qurumun ortaya ciddi iş qoymasına çalışır

Deputat Zahid Orucun prezident İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri təyin olunmasından dünən 2 ay keçdi. Media ilə sıx əməkdaşlıq etməsi və aktivliyi ilə seçilən azsaylı deputatlardan olan Zahid Oruc sözügedən vəzifəyə təyin olunandan sonra işinin nədən ibarət olduğu haqda açıqlama verdi. O zamandan indiyə qədər Zahid Orucun hər hansı bir media orqanına açıqlama verməsi və ya müəllif yazısı ilə çıxış etməsinə rast gəlinmir. Əldə etdiyimiz məlumata görə, bu, hörmətli Zahid Orucun yeni yaranan qurumun işləri ilə intensiv məşğul olması, ortaya ciddi iş qoymağa çalışması ilə bağlıdır.

Sosial Tədqiqatlar Mərkəzinin harada yerləşməsinə gəlincə, məlumatda deyilir ki, mərkəz keçən il fəaliyyətinə xitam verilən Strateji Araşdırmlar Mərkəzinin inzibati binasında yerləşir.

Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasının dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəldiyi bildirilir. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması barədə prezident fərmanında da deyilir ki, mərkəz ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini, sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Zahid Oruc bu vəzifəyə təyin olunanda bəyan edib ki, Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq.

STM-in yaradılmasının təşkilati bazası əsasən keçmişdə mövcud olan Strateji Araşdırmlar Mərkəzinin kadr bazası əsasında həyata keçirilir. Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışan insanlardan ibarətdir.

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …